Tovuz sakini yol qəzasında xəsarət alıb.

"Unikal"ın qərb bürosunun məlumatına görə hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Rayonun Əlibəyli kənd sakini 1993-cü il təvəllüdlü Taleh Əliyev yolu keçmək istəyən zaman onu avtomobil vurub.

O, xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə  polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.