İspaniyanın "Betis" kollektivi yarımmüdafiəçisi Nabil Fekirlə yollarını ayırıb.
"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandasına transfer olunub.
2019-cu ildən "ağ-yaşıllar"ın şərəfini qoruyan 31 yaşlı oyunçu bu müddət ərzində 165 oyuna çıxıb və 29 qol vurub.
Qeyd edək ki, N.Fekir Fransa millisi ilə 2018-ci dünya çempionatının qalibi olub.