UEFA Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi bəlli olub.

"Unikal" xəbər verir ki, UEFA yeni formatda keçiriləcək yarışın oyunlarının siyahısını açıqlayıb.

36 komanda 8 turda mübarizə aparacaq. Ümumilikdə 144 matç baş tutacaq.

Qeyd edək ki, ilk 8 yerin sahibi 1/8 finala, 9-24-cü yerlər pley-offa yüksələcək.