Zaqatalada baş verən qəzada 1 nəfər ağır, 5 nəfər isə yüngül xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Aşağı Tala kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” və “BMW”  markalı iki avtomobil toqquşub, nəticədə “Mercedes”də olan sərnişin, 1964-cü il təvəllüdlü S.Abbasova ağır  sınıq xəsarəti, digər 5 nəfər isə yüngül xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli