Ucarda mikroavtobus aşıb, yaralanan var. 

"Unikal"ın məlumatına görə, hadisə şəhərin girəcəyində, yanacaq doldurma məntəqəsinin yaxınlığında baş verib.

İdarəetməni itirən kiçik yük tutumlu mikroavtobus aşıb. Müxtəlif bədən xəsarətləri alan maşının sürücüsü 2000-ci il  təvəllüdlü Ağdam rayon sakini Əvəzli Nurlan Səyyad oğlu təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov