Mingəçevirdə iki döyülmə hadisəsi baş verib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, 1960-cı il təvəllüdlü Xəlilov Xanlar Natiq oğlu ailə münaqişəsi zəmnində baldızı oğlu tərəfindən döyülüb.
Digəri isə Energetiklər yaşayış massivi ərazisində naməlum şəxs və ya şəxslər 1991-ci il təvəllüdlü Qarayev Aqil Həsən oğlunu döyərək çoxsaylı xəsarətlər yetirib.
Hər iki zərərçəkən şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov