Xaçmaz rayonunda yol qəzası baş verib.

”Unikal”ın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Sayad-İlxıçı avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Ford" markalı avtomobil kənd yolunda hərəkətdə olan motobloka çırpılıb.

Hadisə zamanı 1983-cü il təvəllüdlü Kərimov Tərlan Muxtar oğlu və 1994-cü il təvəllüdlü Əhmədov Əhməd Ağaverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca