Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Unikal"a nazirlikdən məlumat verilib.

***

16:09

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.