Almaniya milli komandasının yeni kapitanı bəlli olub.

"Unikal"  xəbər verir ki, bu, "Bayern Münhen"in yarımmüdafiəçisi Yozua Kimmixdir.

Sözügedən yığmanın vitse-kapitanları isə mərkəz müdafiəçisi Antonio Rüdiger və hücumçu Kay Haverts olacaq.

Qeyd edək ki, Almaniyanın əvvəlki kapitanı İlkay Gündoğan ötən ay milli karyerasını başa vurduğunu açıqlayıb.