Tovuzda zəncirvari qəzada xəsarət alanların adları məlum olub.

"Unikal"ın Qərb bürosunun məlumatına görə, xəsarət alanlar 1992-ci il təvəllüdlü R.Həsənov, 1991-ci il təvəllüdlü F.Tağıyev,1991-ci il təvəllüdlü C.Əliyev, 1984-cü il təvəllüdlü S.Mehdiyev, 2019-cu il təvəllüdlü M.Dəmirzadə, 1992-ci il təvəllüdlü K.Tağıyevdir.

*** 20:59

Tovuzda zəncirvari qəzaya baxan bir neçə nəfəri avtomobil vurub.

"Unikal"ın məlumatına görə, qəza yerində olan bir neçə nəfəri hərəkətdə olan "VAZ" markalı minik maşını vurub .Yaralılar təcili yardım avtomobilləri ilə xəstəxanaya aparılıb.

*** 20:54

Tovuzda zəncirvari qəza olub.

"Unikal"ın Qəbr bürosunun məlumatna görə. hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan "VAZ 2107" ilə "Toyota" markalı minik maşını toqquşub. Qəzadan sonra digər "VAZ 2107" yol kənarında dayanan "VAZ 21011" ə çırpılıb.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşlar cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov