Gəncədə 9 mərtəbəli yaşayış binasında yanğın olub.

"Unikal"ın məlumatına görə, yanğın 9 mərtəbəli yaşayış binasın 3-cü mərtəbəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi  76 kv metr  olan 2 otaqlı  mənzilin mətbəxində anidən yanğın olub. Əraziyə FHN əməkdaşları cəlb olunub.

Yanğın zamanı evin 20 kv metrə yaxın mətbəxinin əşyaları tamam yanıb. Yanğın söndürülüb, evin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov