Mingəçevirdə yanğın hadisəsi baş verib.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində yerləşən və hazırda  istifadə olunmayan vaxtilə şəhər elektrik şəbəkəsinin yerləşdiyi istifadəsiz binada  qeydə alınıb.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadasının çevik müdaxiləsi nəticəsində alov lokallaşdırılıb.

Ehtiram Muradov