Bakının Nizami rayonu, Elşən Süleymanov 120 ünvanında dəhşətli yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, "Hyundai Elantra" markalı avtomobil hərəkətdə olan motosikleti vurub. 

Nəticədə motosiklet sərnişin avtobusunun altına düşüb, nəqliyyat vasitəsində olan hər iki nəfər ağır yaralanıb. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Nuranə Abbasova