Gədəbəydə yük maşını 51 yaşlı kişinin üstündən keçib.

"Unikal" xəbər verir ki, hadisə Gərgər kəndində otlaq sahədə baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Musayev Elman Əli oğlu biçənək sahəsindəki ot preslərini yük avtomobilinə yükləyərkən istirahət etmək üçün həmin avtomobilin arxa təkərlərinin yanında yerə uzanıb.

Bu zaman sürücü avtomobili arxaya doğru hərəkət etdirərkən E.Musayevin üzərindən keçməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.