Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə paytaxtın Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində, "Karl Marks" dairəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, "BMW" və "Lada Priora" markalı iki avtomobil toqquşub.

Qəza nəticəsində hər iki maşına ciddi ziyan dəyib.