Meksika millisinin və İtaliyanın "Salernitana" klubunun sabiq qapıçısı Gilyermo Oçoa karyerasını Portuqaliyada davam etdirəcək.
"Unikal" xəbər verir ki, 39 yaşlı qolkiper yüksək liqa təmsilçisi AVS-ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Yayda İtaliya A Seriyası təmsilçisindən ayrılan təcrübəli qolkiper Portuqaliya klubuna azad agent kimi keçib.
Qeyd edək ki, Gilyerme Oçoa "Salernitana"dan başqa, “Ayaçço” (Fransa), “Malaqa” (İspaniya), “Qranada” (İspaniya), “Standard” (Belçika) klublarında da oynayıb.
Xatırladırıq ki, əfsanəvi qapıçı 2005-ci ildən Meksika millisinin heyətində çıxış edərək beş dünya çempionatına qatılıb. O, ölkəsinin əsas komandasında 150 oyuna çıxıb.