Münhen polisi İsrailin şəhərin mərkəzindəki Baş Konsulluğunun binası yaxınlığında insident törədən şübhəli şəxsi zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə alman hüquq-mühafizə orqanları "X" sosial şəbəkəsində məlumat yayıb.

"Polis əməkdaşları yanında odlu silah olan şəxsi görüblər. Xüsusi təyinatlılar xidməti silahdan istifadə ediblər, nəticədə bir nəfər vurulub. Hazırda digər zərərçəkənlər barədə məlumat yoxdur”, - məlumatda deyilir.

***12:45

Atışma zamanı İsrailin Münhendəki  konsulluğunun əməkdaşları xəsarət almayıb

"Unikal" xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

***12:05

İsrailin Münhendəki  Baş Konsulluğu yaxınlığında atəş səsləri eşidilib.

"Unikal" xəbər verir ki, bu barədə “Focus” nəşri məlumat yayıb. 

Məlumata görə, yerli sakinlər atəş və qışqırıq səsləri eşidiblər. Hadisə yerində polis gəlib. Helikopterlərdən istifadə edərək atəş açan şəxslər axtarılır.

Nəşr qeyd edib ki, sentyabrın 5-i 1972-ci il Olimpiya Oyunlarının bombalanmasının ildönümüdür. Daha sonra İsrail komandası hücuma məruz qalıb və 14 idmançıdan 11-i girov götürülüb. Nəticədə girovlardan heç biri sağ qalmayıb.

Gülayə Mecid