Rusiya ABŞ-nin hazırkı prezidenti Co Baydenin prezidentlik yarışından çıxarılmasından sonra onun varisi Kamala Harrisi dəstəkləyir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya lideri Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı açıqlayıb. 

"Bizim favoritimiz hazırkı prezident cənab Bayden idi, amma o, bütün tərəfdarlarına xanım Harrisi dəstəkləməyi tövsiyə etdi. Nəhayət, seçim Amerika xalqının ixtiyarındadır və biz bu seçimə hörmətlə yanaşacağıq", - Putin qeyd edib. 

Rusiya lideri həmçinin zarafatla deyib ki, Kamala Harris gülüşü ilə hər şeyin qaydasında olduğunu deyir: "O, o qədər ifadəli və yoluxucu gülür ki, onunla hər şeyin qaydasında olduğunu deyir. ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından olan Harrisin rəqibi Donald Tramp Rusiyaya qarşı rekord sayda sanksiyalar tətbiq edib. Ümid edirəm ki, Harris Moskvaya qarşı belə siyasətdən əl çəkəcək".

Ağarza Elçinoğlu