Hindistandan olan bir tələbə dünyanın ən kiçik tozsoranını düzəldərək Ginnesin Rekordlar Kitabına düşüb.

"Unikal" xəbər verir ki, ixtira müəllifi, 23 yaşlı Tapala Nadaminin hazırladığı bu tozsoranın ölçüsü 64 millimetrdir. Qurğunun dörd voltluq vibrasiya mühərriki ilə təchiz edilmiş kiçik ventilyatordan istifadə edərək sorma effekti yaratdığı və xüsusi bölmədə toz topladığı bildirilib.

O, əlavə edib ki, mini tozsoranı hazırlamaq üçün təxminən 238 dollar xərcləyib. 

Zərifə Nağıyeva