Ukraynanın Ali Radası Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təsdiqləyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.

258 deputatın A. Sibiqanın namizədliyini təsdiqlədiyi bildirilib.

***14:17

Ukrayna Prezidenti Volodimir Zelenski Kulebanın yerinə Andrey Sibiqanın yeni xarici işlər naziri təyin edilməsini təklif edib.

"Unikal" xəbər verir ki, Andrey Sibiqanın Ukraynanın xarici İşlər Naziri təyin edilməsi haqqında Prezidentin Qərar layihəsi Ukrayna Ali Radasında artıq qeydə alınıb.

Zərifə Nağıyeva