Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb. 

"Unikal"ın məlumatına görə, Naxçıvan Ali Məclisinə deputat seçilənlər arasında vəzifəli şəxslər də var. Onların siyahısını təqdim edirik. 

Naxçıvanın baş nazirinin müavini Məmmədov Bəxtiyar İbrahim oğlu

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrin köməkçisi Məmmədov Ramiz Gülməmməd oğlu

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqlar Şurasının sədri Abdullayev Qəzənfər İsmayıl oğlu

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sektor müdiri Bayramov Mübariz Rəcəb oğlu

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Novruzov Azad Sevindik oğlu

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Bayramova Ülkər İmamqulu qızı 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının sədri Əhmədova Şəhla Hüseyn qızı

Hazırladı: Anar Kəlbiyev