Kiyevi bilavasitə silahla təmin edən üç ölkə - ABŞ, Fransa və Britaniyanın İranı Ukraynadakı münaqişədə iştirakı ilə bağlı ittihamları ikiüzlüdür.

"Unikal" xəbər verir ki, bu fikri İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

"Bu görüş zamanı (BMT Təhlükəsizlik Şurasının avqustun 30-da Kiyevə Qərbin silah tədarükü ilə bağlı iclası – red.) ABŞ, Britaniya və Fransanın nümayəndələri bir daha ölkəmə qarşı davam edən münaqişə ilə bağlı ittiham irəli sürmək üçün birgə səy göstərdilər. Ukraynadakı münaqişədə bilavasitə iştirak edən və müasir silahların tədarükü ilə onun gərginləşməsinə mühüm töhfə verən üç ölkənin İrana qarşı cəsarətlə bu cür əsassız iddialar irəli sürməsi həm ironiya, həm də ikiüzlülükdür”, - o, dünya qurumunun katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb.

Onun sözlərinə görə, İran bu üç ölkənin bu bəyanatlarına yalnız öz maraqlarını qorumaq və təşviq etmək məqsədi daşıyan uzaqgörən siyasət kimi baxır.

İrəvani hesab edir ki, ABŞ və müttəfiqləri Ukraynadakı münaqişənin uzanmasına və mülki əhalinin zərər çəkməsinə səbəb olan məhz Qərb silahları və müasir texnikanın, xüsusən də ABŞ tərəfindən təmin olunduğunu inkar edə bilməz.

"ABŞ nümayəndəsinin bəyanatının əksinə olaraq, həm regionda, həm də bütün dünyada terrorun əsas dəstəkçisi İran deyil, ABŞ-dır", - İranın daimi nümayəndəsi vurğulayıb.

Gülayə Mecid