Kamala Harrisin seçki yarışında artan populyarlığı Ukraynaya hərbi yardımın buraxılmasına mane olur.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazıb.
Məqalə müəllifinin fikrincə, Donald Trampın ABŞ seçkilərində qalib gəlməsi perspektivi Amerika və Avropa İttifaqını Ukraynaya ən qısa zamanda 50 milyard dollar həcmində növbəti hərbi yardım paketi verməyə sövq edib.
Co Bayden prezidentlik yarışını tərk etdikdən və onun yerinə Kamala Harris keçdikdən sonra vəziyyət dəyişib.
"Bütün ideya Trampı Ukraynaya kömək etməyə inandırmaq idi, amma indi Harrislə vəziyyət başqadır”, - adının açıqlanmasını istəməyən Amerika rəsmilərindən biri nəşrə bildirib.
"Politico" yazır ki, Harris seçki yarışında Baydeni əvəzlədikdən sonra Trampın reytinqi xeyli aşağı düşüb və eyni zamanda Amerika rəsmiləri onun Ukraynaya yardımı azaldacağı ilə bağlı qorxularını itiriblər.
Gülayə Mecid