Kosovo Respublikası hökumətinin başçısı Albin Kurti riyaziyyat dərsində məktəb tənliyini səhv həll edib və buna görə üzr istəyib.
"Unikal" xəbər verir ki, bu barədə Kurti "Facebook" sosial şəbəkəsində məlumat paylaşıb.
Baş nazir müraciətində qəbula görə təhsil ocağının kollektivinə və tələbələrinə təşəkkür edib və hətta məktəb illərinə qayıtmaq istədiyini qeyd edib.
"Amma deməliyəm ki, o anda tələbələrdən biri deyildim, çünki həll edə bilmədiyim tənliyə görə keçid qiymətini almazdım", - deyə Kurti zarafat edib.
Hökumət başçısı öz paylaşımını sosial şəbəkələrdə bir dəyişənli xətti tənliyi kifayət qədər inamla həll etdiyi və nəticədə yanlış cavab aldığı videonun yayılmasından az sonra dərc edib.
Gülayə Mecid