"Ruben Vardanyan son ana qədər dedi ki, o, heç vaxt "Artsax"ı (Qarabağ - red.) tərk etməyəcək, lakin bəzi təminatlara əsaslanaraq, Laçın dəhlizi ilə qaçmağa çalışdı".

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Milli Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin sədri, deputatı Andranik Köçəryan deyib. 

Onun sözlərinə görə, Vardanyanın Qarabağa getməsinin müəmmalı problemi var: "Məncə, ona verilən vədlər yanlış idi. İndi Ruben Vardanyan məhkəmə zamanı ittihamları inkar edə bilməlidir. Ermənistanın gördüyü işlərə gəlincə, baş nazir mətbuat konfransında qeyd edib ki, məhbusların qaytarılması ilə bağlı aksiyalar ictimaiyyətə açıqlanmamalıdır.

Sizin heç bir sualınız yoxdur ki, niyə həmişə mühafizə altında olan insanlar ələ keçirilib? Həmin müdafiəçilər nə etdilər, hərbi-siyasi rəhbərliyin ələ keçirilməsinə necə icazə verdilər? Onlar ən yüksək səviyyəli dövlət sirrini daşıyırdılar. Həmin mühafiəçilərin hamısı sərhədi uğurla keçib və Ermənistandadır. İndi nə qədər desələr ki, biz onların əmrinə tabe olduq, dedilər siz gedin, biz fədakarlığa gedirik. Bu belə deyil. Dövlət təhlükəsizlik strukturları problemi son ana qədər həll etməyə borcludurlar". 

Ağarza Elçinoğlu