Azərbaycanın bədii gimnastları sentyabrın 7-dən 8-dək San Marinonun Serravalle şəhərində keçiriləcək “San Marino Cup” beynəlxalq turnirində iştirak edəcək.

"Unikal" xəbər verir ki, məşqçilər Valentina Ukleina ilə ⁠Ruslan Eyvazovun rəhbərliyi altında İlona Zeynalova (böyük yaş qrupu üzrə) və Şəms Ağahüseynova (gənc yaş qrupu üzrə) ölkəmizi təmsil edəcək.

Hakim qismində isə yarışda Aysel Həsənova yer alacaq.