NATO-nun baş katibi Yens Stoltenberq alyansın Kiyevin uzaqmənzilli raketlərdən istifadəsini müzakirə etdiyini bildirib və Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə çatmasını vacib adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə o, Oslodakı çıxışında deyib.
“NATO daxilində bu mövzuda müzakirələr gedir... Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə çatmaq imkanının olması vacibdir”, – deyə Stoltenberq qeyd edib.