Almaniya kansleri Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Frankfurtda görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə AFP Almaniya hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.

İki lider arasında danışıqlar təkbətək formatda keçiriləcək.

Qeyd edək ki, cümə günü Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçiriləcək. İclasda Zelenski də iştirak edəcək.

Məlumata görə, Ukrayna prezidenti görüşdə Qərb müttəfiqlərinə Rusiyanın hücumlarından qorunmaq üçün daha uzun mənzilli raketlər və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, silahların əlavə tədarükü tələbi ilə müraciət etmək niyyətindədir