Qaxda 31 yaşlı kişini avtomobil vurub.

"Unikal" xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kənd ərazisində kecən hissəsində baş verib. Hərəkətdə olan minik avtomobili, rayonun Güllük kənd sakini 1993-cü il təvəllüdlü  Abdulrza Ceyhunoğlunu vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 31 yaşlı kişi Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli