ABŞ prezidenti Co Bayden növbəti dəfə ölkələri qarışdırıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Bayden çıxışında kompüter çiplərinin istehsalı ilə bağlı məsləhətləşmələr üçün KXDR-ə getdiyini bildirib. Səhvini anlayan Ağ Ev rəhbəri dərhal səhvini düzəldərək ölkənin adının Cənubi Koreyaya söyləyib. 

"Mən burada kompüter çipləri fabriklərinin açılması üçün Şimali Koreyadan - Cənubi Koreyadan digər ölkələrə qədər bütün dünyanı gəzdim", - deyə Bayden bildirib. 

Qeyd edək ki, 81 yaşlı Bayden ictimai çıxışlarında tez-tez müxtəlif səhvlərə yol verir və qəribə hərəkətlər edir.