Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, qəza zamanı 1 ədəd piyada işıqforu yararsız vəziyyətə düşüb.

Piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqforun quraşdırılması işi görüləcək.