Şəkidə 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Oxud kəndində baş verib. Kənd sakini 1957-ci il təvəllüdlü Ramiz Oruc oğlu Məcidov yaşadığı ünvanda tövlənin çardağından yıxılıb. Ağır xəsarət alan R. Məcidov hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.