Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya prezidenti Vladimir Putinin dəvətinə baxmayaraq, oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etməyəcəyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, Vuçiç həmin vaxt respublikada xaricdən önəmli qonaqların olacağını bildirib.

Putinin köməkçisi Yuri Uşakov deyib ki, indiyədək dəvət olunmuş 36 xarici liderdən 18-i, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirakını təsdiqləyib.

Ağarza Elçinoğlu