Avropa, keçmiş dövlət başçısı Donald Tramp ABŞ prezident seçkilərində qalib gələrsə, İkinci Dünya Müharibəsindən sonra regionda ən geniş təhlükəsizlik böhranı ilə üzləşə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "Foreign Affairs" jurnalı yazıb.
"Avropa İkinci Dünya Müharibəsindən bəri üzləşmədiyi miqyasda təhlükəsizlik böhranı ilə üzləşmək məcburiyyətində qalacaq" - nəşr qeyd edib.
Eyni zamanda, jurnalın fikrincə, Birləşmiş Ştatlar regionda adekvat hərbi liderlik və imkanlar təqdim etməsə, Avropa paytaxtları “Ukrayna məsələsində tez bir zamanda bir-birinə qarşı çıxa bilər”.
Gülayə Mecid