SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) qəbul nəticələri açıqlanıb.

"Unikal" BANM-ın uğurlarını təqdim edir:

❖ BANM-a qəbul planı 100 faiz dolub.
❖ Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balı BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasına məxsusdur (687.1 bal).
❖Ölkədə ən yüksək orta keçid balı da (645 bal) Ali Məktəbə aiddir.
❖ Beynəlxalq və respublika fənn olimpiadaların 16 qalibi müsabiqədənkənar BANM-a qəbul olub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sözügedən uğurlarla açıqlama yayıb:

“2024-cü il qəbul nəticələri Ali Məktəbin yüksək təhsil standartlarını və tələbələrin böyük marağını əks etdirir.  Bununla yanaşı elmi və akademik üstünlüyünü göstərir. BANM öz mükəmməl tədris proqramları və yüksək keyfiyyətli təhsil imkanları ilə tanınaraq, gələcəkdə də Azərbaycanda ali təhsil sahəsində öncül mövqeyini qoruyacaq”.