Kreml xarici medianın redaksiya siyasətini izləyir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Biz xarici medianın redaksiya siyasətini müşahidə edirik, bəziləri tarazlığı saxlamaq cəhdləri ilə bağlı işarələri saxlayır, bəziləri isə saxtakarlıqdan çəkinmir”, - deyə Peskov bildirib.
Rusiya liderinin mətbuat katibi onu da qeyd edib ki, Moskva Rusiya Federasiyasında Amerika mediasına qoyulan məhdudiyyətlərə görə qisas alarkən onların redaksiya siyasətini nəzərə alacaq.
Gülayə Mecid