Heydər Əliyev prospekti, “Bağırov” tunelin çıxışında yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.