Türkiyəli fəal Ayşenur Ezgi Eygi İordan çayının qərb sahilində İsrail əsgərlərinin hücumu nəticəsində həyatını itirib.

 "Unikal" xəbər verir ki, İsrail əsgərləri tərəfindən başından güllə ilə vurulan Ayşenur Ezgi Eygi xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. 

 Fələstinin rəsmi agentliyi WAFA-nın yayımladığı xəbərə görə, ABŞ və Türkiyə vətəndaşlığı olan Eygi 1998-ci ildə Antalyada anadan olub.