Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində Kamran Həşimzadə ölüb, xəsarət alanlar - Əlihüseyn Həşimzadə, Mədinə Həşimzadə, Azər Əliyev və Dilbər Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.