Misirin şimalındakı Əl-Buheyra əyalətində qazıntılar zamanı arxeoloqlar firon II Ramzesin qılıncını tapıblar. 

"Unikal" xəbər verir ki, bu barədə Misirin "İndependent" qəzeti ölkənin Turizm və Qədim Əsərlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, misirli arxeoloqlar Yeni Krallıq dövrünə aid hərbi kazarmalardan, silahlardan və ərzaq anbarlarından kərpicdən hazırlanmış bir sıra memarlıq blokları aşkar ediblər. Kəşflər Buhayra əyalətinin Tell əl-Abqayn bölgəsində edilib. Alimlər əsgərlərin çoxsaylı şəxsi alətlərini tapıblar.

"Missiya firon II Ramzesin kartuşlu (ad lövhəsi - red.) bürüncdən hazırlanmış uzun qılıncını aşkar edib", - nazirlik vurğulayıb. 

Ağarza Elçinoğlu