Şirvan şəhərində iki avtomobil toqquşub.

"Unikal" xəbər verir ki, hadisə şəhəriin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili "Ford"la toqquşub. Hadisə zamanı Ayna Qarayeva və Vaqif Mirzəyev xəsarət alıb.

Xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.