ABŞ-ın Kentukki ştatında baş verən kütləvi atışma nəticəsində 5 nəfər yaralanıb.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatına əsasən CNN bildirib. 

Qeyd edək ki, hadisə Laurel qraflığında əyalətlərarası avtomobil yolunun yaxınlığında baş verib.

***04:59
Kütləvi atışma ABŞ-ın Laurel dairəsində (Kentukki) baş verib.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Qeyd edək ki, "Biz Laurel qraflığında I-75 yaxınlığında atışmadan xəbərdarıq" dedi.

Beşirin sözlərinə görə, hüquq-mühafizə orqanları hər iki istiqamətdə onun qarşısını kəsib.

Fidan Nuriyeva