Xəbər verdiyimiz kimi, Ağstafa rayonunun Qırılı kəndində baş verən bədbəxt hadisə nəticəsində ər-arvad ölüb.
"Unikal" xəbər verir ki, mərhumun yaxınlarının sözlərinə görə, 57 yaşlı Xatirə İsmayılova iş yerinə aparmaq üçün üzüm yığmaq istəyib. Bu zaman ona kömək üçün həyat yoldaşı Füzuli İsmayılov pilləkənlə hasara çıxıb. Əvvəldən çat olan bir qat formada tikilən hasardan qopan daş parçaları qadının üzərinə düşüb. Bu zaman hasarın üzərinə çıxan həyat yoldaşı da daş parçalarının üzərinə düşüb. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, bir ay əvvəl cütlüyün yeganə oğul nəvələri də dünyasını dəyişib.
*** 11:29
Ağstafada həyətindən üzüm yığan ər və aarvad faciəvi şəkildə ölüb.
"Unikal"ın məlumatına görə, rayonun Qırılı kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığan zaman hasar üçub. Nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalaraq ölüblər. İlkin məlumata görə hadisə ehtiyatsızlıqdan baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
Tural Əhmədov