ABŞ-nin Kentukki ştatında kütləvi atışma nəticəsində beş nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

"Şerif ofisinin məlumatına görə, şübhəlinin axtarışı başlayıb", - məlumatda deyilir. Hadisə Lorel dairəsində baş verib. Polis atıcının axtarışını davam etdirir.

Ştatın qubernatoru Endi Beşir magistral yolu hər iki istiqamətdə bağlatdırıb. O, yerli sakinləri təhlükəli zonadan qaçmağa çağırıb.