Sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, nəticədə “VAZ”ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada ölüb, “Mercedes”in sürücüsü Tural Lətifov və 3 sərnişini xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Hər iki sürücü və “Mercedes”də olan sərnişinlər xəsarət alıb.
Araşdırma aparılır.
*** 16:05
Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var
"Unikal" xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun Oğuz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.
Yaralılar öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.