Rusiya prezidenti Vladimir Putin gələn həftə hərbi təlimlərdə iştirak edəcək.

"Unikal" xəbər verir ki, Rusiya prezidentinin iş qrafiki barədə “Rossiya-1” telekanalı məlumat yayıb.

Bundan əlavə, proqrama Vladimir Putinin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri və hökumət üzvləri ilə görüşləri daxildir.

Planlaşdırılan digər tədbirlərə BRIKS görüşləri də daxildir.