Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanına gedib.

"Unikal" TASS-a isitnadən xəbər verir ki, sentyabrın 9-da Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının Strateji Dialoq üzrə nazirlər toplantısında iştirak edəcək.

Tədbir çərçivəsində Rusiya xarici işlər nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub. Tərəflərin Fars körfəzi regionunda təhlükəsizliyin gücləndirilməsi, böhranın həlli, karbohidrogen bazarında koordinasiya da daxil olmaqla, regional və beynəlxalq gündəmdə olan geniş spektrli məsələləri nəzərdən keçirəcəyi gözlənilir.

Nümayəndə heyətlərinin başçıları Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Fələstin-İsrail münaqişəsinin pisləşməsini, Suriya, Yəmən və Liviyanı müzakirə edəcəklər.