Goranboyda minik avtomobili idarəetmədən çıxaraq qəza törədib. 

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında rayon mərkəzi yaxınlığındakı Kəpənəkçi yaşayış massivi istiqamətində baş verib. İdarəetmədən çıxan minik avtomobilinin qəza törətməsi nəticəsində yaralanan orta yaşlı kişi ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov