Alp dağlarında hündürlüyü 4810 metr olan Monblan zirvəsinə qalxan 4 alpinist itkin düşüb.

"Unikal" xəbər verir ki, ikisi italiyalı və digərləri Cənubi Koreya vətəndaşı olan alpinistlərin əlverişsiz hava şəraiti səbəbindən dəniz səviyyəsindən 4600 metr hündürlükdə qaldığı bildirilir. Ötən gün alpinistlərin axtarışı ilə bağlı həyəcan siqnalı verilib. Axtarış-xilasetmə əməliyyatları gün ərzində davam edib.

Bundan başqa, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə daha bir alpinist yıxılaraq ölüb. 71 yaşlı alpinistin ötən gün günəşin batmasını seyr etmək üçün yüksəkliyə qalxdığı bildirilib.