Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qayıdış qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobil qarşıdan gələn "VAZ" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, 1981-ci il təvəllüdlü Elgün Bəylərov hadisə yerində ölüb. “Toyota”nın sürücüsü Qayıdış-4 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şükürov Nicat Qafar oğlu və sərnişini, Füzuli rayon Qayıdış-5 qəsəbə sakini 1981-ci il təvəllüdlü İsmayılov Səlim Mərdan oğlu və müxtəlif dərəcəli xəsarətlər alaraq, Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli